Ərdoğandan ABŞ-a ağır ittiham: `Dəlillərimiz var`


02:28     28 Dekabr 2016 receb-tayyib-erdogan-recep-tayyib-erdogan.jpg

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyada İŞİD də daxil olmaqla terror qruplaşmalarına dəstək verməsini təsdiqləyən dəlillərin olduğunu bəyan edib.


Femida.az-ın yaydığı məlumata görə, Ərdoğan koalisiya qüvvələrinin İŞİD-lə mübarizəyə dair öhdəliklərini icra etmədiyini qeyd edib.

“Onlar bizi İŞİD-ə dəstək verməkdə ittiham edirlər. Amma hazırda onlar İŞİD, PYD, YPG-də daxil olmaqla digər terror qruplaşmalarına dəstək verirlər. Bu gün kimi aydındır. Bizim əlimizdə şəkillər, fotolar və videolarla təsdiq olunacaq dəlillər var”, - deyə Ərdoğan qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 2476